Logo

Bu dərmandan istifadə edən 2 min nəfər dünyasını dəyişdi - Milyonlarla insan təhlükə altındadır

Bu dərmandan istifadə edən 2 min nəfər dünyasını dəyişdi - Milyonlarla insan təhlükə altındadır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fransada dərman şirkəti 2,7 milyon avro cərimə edilib.

Sfera.az xəbər verir ki, buna səbəb şirkətin istehsal etdiyi dərman olub. Belə ki, "Mediator” adlı arıqlama dərmanının qəbulundan sonra 2 min insan dünyasını dəyişib. Nəticədə şirkət "səhlənkarlıq və qəsdən ölüm” iddiaları ilə məhkəməyə verilib.

Məlumata görə, "Servier” adlı şirkət paralel olaraq 7 ayrı cinayətə görə mühakimə olunub. Məhkəmədə 100-dən çox şahid dinlənilib. Fransada sağlamlıq fondları da daxil olmaqla, 6500 nəfər şirkətdən 1 milyard avro təzminat istəyib.

Qeyd edək ki, adıçəkilən dərman 2009-cu ildə qadağan edilib. Həmin dərmanın bir sıra fəsadları olduğuna görə, 2010-cu ildə şirkətə qarşı istintaq işi aparılıb.  Buna baxmayaraq, dərmanın 5 milyondan çox istehlakçısı olub.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR