Logo

Rəmişin son durumu... - Xanımı danışdı

Rəmişin son durumu... - Xanımı danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yanvarın 28-dən reanimasiyaya yerləşdirilən xalq artisti Rafiq Hüseynov palataya köçürülüb.

Sfera.az xəbər verir ki, bu barədə açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova deyib. O bildirib ki, müalicəsi davam etdirilən Rəmiş Hüseynov hələ ki, danışa bilmir.

Gülü Hüseynova onu da qeyd edib ki, dostları və sənət yoldaşları daim Rəmişin səhhəti ilə maraqlanır:

"Xalq artisti Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov, Milli Qəhrəman İbad Hüseynov Rəmişi daim diqqətdə saxlayır”.

Xalq artistinin həyat yoldaşı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya bir daha təşəkkürünü bildirib.

Qeyd edək ki, xalq artistinin müalicəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. (Axar.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR