Qəbizliyi aradan qaldıran, arıqlamağa kömək edən faydalı qida

Qəbizliyi aradan qaldıran, arıqlamağa kömək edən faydalı qida
Arpa yarması çox faydalı deyitik məhsuldur. Arpa bir çox vitaminlər (A, B, E, K) və minerallar (fosfor, selen, kalium, maqnezium, sink və s.), Fol və nikotin turşuları, qidalı liflərlə zəngindir.

Arpa yarması sıyığı və bu yarmadan hazırlanmış tərəvəz supları bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Arpa yarması qidalı liflərlə olduqca zəngindir ki, bu liflər bağırsaqlara "süpürgə" kimi təsir edir.

Ümumiyyətlə arpa yarması mədə-bağırsaq sistemi üçün çox faydalıdır. Arpa yarmasının həlimi mədədə iltihab, qastrit, xoralar, eroziyalar zamanı çox yaxşı müalicəvi təsir edir. Belə həlim hazırlamaq üçün 250 qr arpa yarması üçün 1,5 l qaynar su görtürülür. Arpanın üzərinə su tökün və vam odda 30 dəqiqə ərzində qaynadın. Selikli həlim alınmalıdır. Bu həlimi soyuducuda saxlayın (2 gündən artıq saxlamaq olmaz) və gün ərzində 3 dəfə qida qəbulundan 20 dəqiqə əvvəl 100 ml həcmində qəbul edin. Həlim mədənin selikli qişasını qoruyur, xora və eroziyaların sağalmasını sürətləndirir, antiseptik və iltihabəleyhinə təsir göstərir. Arpa yarması qanda xolesterinin səviyyəsini aşağı salır.

Bu yarma həmçinin arıqlamağa da kömək edir. Səhər yeməyi zamanı 1 boşqab apra yarması sıyığı yeyin. Bu sıyıq sizi uzun müddət ərzində toz saxlayacaq və nahar yeməyi zamanı siz daha az qida qəbul edəcəksiniz. Kalium və maqneziumla zəngin olan arpa yarması ürək üçün də çox faydalıdır. //sağlamolun.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...