Sabahdan Türkiyədə peyvəndlənmənin ikinci mərhələsi başlanır
Kateqoriya məlum deyil
"Hörmətli Prezidentimizin də iştirak etdiyi peyvənd olunma prosesinin 28 günü tamam oldu. Sabahdan peyvəndləmənin ikinci mərhələsi başlanır”.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bildirib ki, bu gün Türkiyə Elm Qurumunun üzvlərilə birlikdə onlara ikinci doza peyvənd vurulub:
"İndiyədək Türkiyə əhalisinin 2 milyon 800 min nəfərinin peyvənd olunub. Məqsədimiz əhalimizin 60 faizinin (COVID-19) peyvənd edilməsidir”.






