Korona xəstələrinə bu dərman lazımdır? - Həkim
Kateqoriya məlum deyil
Müəyyən tədqiqatlarda xəstəliyin 14-cü günündə xəstələrin vəziyyətində olan yaxşılaşmanın "favipiravir” dərmanı ilə birbaşa əlaqəsinin olması elmi baxımdan sübut olunmayıb. Başqa sözlə desək, həmin insanlar o dərmanı içməsələr də, xəstəliyin 14-cü günündə sağalarlar.
Sfera.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev qeyd edib.
O bildirib ki, ev şəraitində xəstəliyi yüngül keçirənlərə yazılan "favipiravir” dərmanının tətbiqinin heç bir elmi əsasına rast gəlməyib:
"Dərmanın bütün yaş qruplarında həkim məsləhəti olmadan qəbulunu düşünəndə bunun nə fəsadlar törədə biləcəyini bir həkim kimi öncədən görmək o qədər də çətin deyil.
Yeni qurulacaq səhiyyə sistemində dərman bazarı "bazar" səviyyəsində yox, insanlara düzgün xidmət edəcək səviyyədə təşkil edilərək idarə olunmalıdır".






