Logo

Azərbaycanlı futbolçularda koronavirus aşkarlandı

Azərbaycanlı futbolçularda koronavirus aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan bəzisində koronavirus aşkarlanıb.

Sfera.az xəbər verir ki, bu, 9-cu turun bu gün baş tutan "Səbail” – "Sumqayıt” görüşündən sonrakı mətbuat konfransında açıqlanıb.

Belə ki, qonaqların baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçi Səbuhi Abdullazadənin COVİD-19 testinin pozitiv çıxdığını bildirib. Abbasovun rəqib komandadakı həmkarı Aftandil Hacıyev isə müdafiəçi Kamal Qurbanovda, habelə texniki heyətin bir üzvündə koronavirus aşkarlandığını bildirib: "Klubun həkimi Mahir Ələsgərovun testi pozitiv olub. İki həftəlik təcriddən sonra qayıdacağına inanırıq. Müdafiəçi Kamal Qurbanov da koronavirusa yoluxub”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR