Koronavirusa qarşı peyvənd Azərbaycana nə zaman gətiriləcək? - TƏBİB
Sfera.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildirib ki, dünyada bir neçə peyvənd namizəd kimi təsdiq olunub, lakin onların insanlarda istifadəsi zamanı hansısa mənfi məqamlar ortaya çıxıb.
O qeyd edib ki, hələki dünyada elə bir vaksin yoxdur ki, bütün mərhələləri bitsin və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunsun: "Belə bir vaksin olacaqsa, biz onu gətirən birinci ölkələrdən olacağıq”.
Rusiyada istehsal olunan peyvəndlərin Azərbaycana gətirilməsi məsələsinə toxunan Y.Qarayeva bildirib ki, Rusiyada istehsal olunan peyvəndlər də namizəd peyvəndlər siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir: "Əgər beynəlxalq təşkilatlar tərəfindən tam təsdiq olunarsa, Azərbaycan onların da gətirilməsi barədə düşünə bilər”.






