“Baku Medical Plaza”nın həkimləri cəbhəboyu ərazilərdə

Sağlıq
15:10 / 01.10.2020
1309
"Baku Medical Plaza” 27 sentyabrda başlamış düşmən təxribatına qarşı Azərbaycan Ordusunun həyata
keçirdiyi əks-həmlə əməliyyatı zamanı yaralanmış hərbçilərimizin və mülki vətəndaşlarımızın
müalicəsinə dəstəkverir.
Sfera.az bildirir ki, hazırda klinikanın yüksək ixtisaslı həkim heyəti - travmatoloqlar, ümumi cərrahlar, torakal cərrahlar, damar cərrahı, pulmonoloq, infeksionist, anestezioloqlar, reanimatoloqlar və digər yüksək ixtisaslı həkimlər cəbhə boyu ərazilərdəki klinikalarda könüllü olaraq xidmət edirlər.
Eyni zamanda klinika tərəfindən cərrahi əməliyyatlar üçün gündəlik zəruri tibbi ləvazimat yardımı da göndərilib.
"Hər şey vətən üçün” devizini seçən "Baku Medical Plaza”digər özəl klinikaları da bu təşəbbüsə qoşulmağa çağırıb.
"Qısa zamanda qələbə xəbərləri eşidəcəyimizə, torpaqlarımızın düşmən işğalından azad olunacağına əminliyimizi ifadə edirik!”, - deyə klinikanın açıqlamasında bildirilir.