Babasilin, qəbizliyin, xərçəngin qarşısını alan ucuz təbii vasitə

Babasilin, qəbizliyin, xərçəngin qarşısını alan ucuz təbii vasitə
Müasir insanlar qidanın dadına və xarici görünüşünə xüsusi diqqət yetirir. Lakin bir çox dadlı yeməklər insan orqanizmi üçün heç də faydalı deyil.

Əksinə isə "tullantı" kimi qəbul etdiyimiz bəzi məhsullar orqanizm üçün əsl dərmandır.

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, armalardan (buğa, arpa və s.) un hazırlandıqda yarmalar xüsusi emaldan keçir və bütün "lazım olmayan" qişalardan, rüşeymlərdən və s.-dən təmizlənir. Nəticədə biz sevdiyimiz ağappaq un əldə edirik. Lakin, təəssüf ki, bu un və ondan hazırlanmış dadlı yumşaq çörək və s. məmulatlar artıq kalorilərdən əlavə, bizə, demək olar, heç nə vermir. Yarmaların bütün faydalı maddələri məhz "lazım olmayan" buğda və s. yarmaların kəpəyində qalır.

Kəpək çox faydalı müalicəvi məhsuldur. Qidalı liflərlə zəngin olan kəpək bağırsaqlarımız üçün əsl dərmandır. Bağırsaqlara düşdükdə kəpək burada yığılmış toksinləri, şlakları və s. ziyanlı maddələri özünə "qubka" kimi hopdurur və çölə çıxardır. Bunun nəticəsində bağırsaqlar yaxşı təmizlənir.

Kəpək bağırsaqların mikroflorasını yaxşılaşdırmaq və bərpa etmək xüsusiyyətinə malikdir. Disbakteriozdan əziyyət çəkənlar istənilən duru qidalara (sup, sıyıq) və tərəvəz salatlarına 1-2 çay qaşığı kəpək əlavə edə bilərlər. Bu disbakteriozun müalicəsində çox yaxşı kömək edəcək.

Ümumiyyətlə sağlam insanlar da buğda kəpəyinin müalicəvi və profilaktik xüsusyyətlərindən istifadə edə bilərlər.

Kəpək qəbizliklə mübarizədə ən yaxşı təbii vasitələrdən biri sayılır. Kəpək bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Qəbizlikdən əziyyət çəkən insanlar üçün təbii müalicəvi vasitənin resepti - 1 stəkan qatığa 1 xörək qaşığı kəpək əlavə edin, qarışdırın və qəbul edin.

Bir çox hallarda qəbizlikdən əziyyət çəkən insanlarda babasil inkişaf edir. Bu səbəbdən bağırsaqların vəziyyətini yaxşılaşdıran kəpək həmçinin babasilin profilaktikasında da kömək edir.

Xroniki qəbizlikdən əziyyət çəkən insanlarda düz bağırsağın xərçəng xəstəliyinin riski artmış olur. Düz bağırsaqda yığılan və tərkibində toksinlər və s. ziyanlı maddələr olan nəcis kütlələri vaxtında orqanizmdən çölə çıxmadıqda bağırsağın selikli qişasından geri sovrulur. Bu isə düz bağırsaq xərçənginin riskini artırır.

Kəpək ürək-damar sistemi üçün də çox faydalıdır - orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salır.

Buğda kəpəyinin daim qəbulu dərinin, saçların, dırnaqların vəziyyətini yaxşılaşdırır, sinir və immun sisteminə müsbət təsir edir.

Gün ərzində 2-3 xörək qaşığı buğda kəpəyini qəbul etmək olar.

Buğda kəpəyinı iri supermarketlərdə tapmaq olar.

Nəzərə almaq lazımdır ki, buğda kəpəyi bəzi mədə-bağırsaq sistemi xəstəliklər zamanı ziyan vura bilər. Bu xəstəliklər arasında - mədə və 12 barmaq bağırsağı xorası, xoralı kolit və s.


OXŞAR XƏBƏRLƏR

Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu - VİDEO

Kür çayında mühərriki dayanan Kater turistlərin qorxusuna səbəb olub.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kürün Mingəçevirdən k...

İsraildən Qəzzaya zərbə: Ləxvani öldürüldü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının dəniz xüsusi təyinatlı dəstəsinin üzvünü öldürüb.   Sfera.az xəbər verir ki, bu barəd...

Ərdoğan: İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir

İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ...

Günəşin üzərində uçan müəmmalı obyekt aşkarlandı

Alimlər teleskop vasitəsilə Günəşin üzərində təxminən 150 min km-lik qanada bənzəyən obyekt aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiy...

Batabat yolunda ağır qəza: yaralılar var

Naxçıvanda baş verən ağır yol qəzasında 5 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, hadisə Naxçıvan – Batabat yolunun Biçənək kəndi ərazis...

Mənsum İbrahimovdan Röyanın Kann-a getməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Xalq artisti Mənsum İbrahimov Xalq artisti Röya Ayxanın Kann Film Festivalında iştirakı ilə bağlı tənqidi fikirlər səsləndirənlərə münasibət bildirib.  ...