Virus və bakteriyaları öldürən ən təbii dezinfeksiyaedici nədir?
Sfera.az bildirir ki, Türkiyədən olan professor Ahmet Aydın da ən yaxşı, ən təbii dezinfeksiyaedici kimi duzlu sudan bəhs edib. O, duzlu suyun virus və bakteriyaları yox etdiyini deyib. Onun sözlərinə görə, bunun son dərəcə qüvvətli və təbii təsiri var. Professor bildirib ki, duzlu sudan göyərtilərin, meyvə tərəvəzlərin dezinfeksiya olunmasında istifadə oluna bilər.
O, bu gün koronavirusa qarşı mübarizədə su və duzdan hazırlanan təbii məhlulun çox təsirli dezifeksiyaedici sayıla biləcəyini deyib. Bu, virus və bakteriyaları öldürən təsirli bir dezinfeksiyaedici, antiseptik hesab olunur. Onun sözlərinə görə, duzlu su uzun zaman saxlana bilər. Amma qabın ağzı bağlı olmalı, açıq qoyulmamalı, havayla təmas edilməməli, işıqda qoyulmamalıdır. Belə olarsa duzlu su 12 ay saxlanıla bilər.
(e-tibb.az)






