Dizlərdə ağrıların - səbəbləri

Dizlərdə ağrıların - səbəbləri

Diz oynağı daim yükləmələrə məruz qalır. Gün ərzində biz daim otururuq, qalxırıq, əyilirik, hər hansı əşyaları qaldırırıq və daşıyırıq. 

Diz oynaqları həmçinin tez-tez müxtəlif travmalara və soyuqlamalara məruz qalır. Nəticədə diz oynaqlarında hər hansı pozulma və ya xəstəlik inkişaf edə bilər ki, bunun nəticəsində biz dizlərimizdə ağrılar  hiss etməyə başlayırır.

Dizlərdə ağrıların səbəbləri müxtəlif ola bilər:

— Diz travmaları (sınıqlar, çıxıqlar, bağların və vətərlərin gərilməsi və ya yırtılması). Diz travmalarına tez-tez rast gəlinir. Belə travmalar çox təhlükəlidir ki, bir müddət sonra belə travmaların fonunda oynaqlarda ciddi xəstəliklər inkişaf edə bilər.

— Qonartroz dizdə olan xroniki ağrıların ən yayılmış səbəbidir. Bu xəstəlik illər ərzində inkişaf edir. Xəstəliyin əvvəlində ağrılar insanı pilləkənlə qalxdıqda, uzun müddət ərzində gəzdikdə və digər yükləmədən sonra narahat etməyə başlayır. Sakit vəziyyətdə ağrılar adətən olmur. Xəstə dizində xırıltı səsi eşidir, oynaqda sıxılma hissi yaranır, oynağın hərəkətliliyi azalır. Xəstəlik inkişaf etdikcə burada keçən sinirlər və damarlar sıxılır ki, nəticədə dizdə ağrılar daimi olur (həm hərəkət zamanı, həm də sakit vəziyyətdə), diz oynağının forması dəyişilir, oynağın hərəkətliliyi daha da azalır.

— Menisklərin xəstəlikləri (meniskopatiyalar və menisk kistaları). Adətən ağrılar bir dizdə hiss olunur. Xəstəlik travmadan və ya dizin uzun müddət ərzində zədələnməsindən sonra inkişaf edir. Xəstəlik xroniki xarakter daşıyır. Bu xəstəliklər zamanı oynağın deformasıyası baş vermir. Lakin vaxt keçdikcə bu pozulmaların fonunda qonartroz inkişaf edə bilər.

— Artrit. Bu xəstəlik zamanı diz oynağı şişir və qızarır, ağrılar gecə saatlarında, hava dəyişildikdə, sakit vəziyyətdə güclənir.

— Diz oynağının qan dövranınnın pozulması. Bu hala yeniyetmələrdə tez-tez təsadüf edilir. Yeniyetməlik dövründə boyatma prosesi çox sürətlə gedir və bəzən orqanizm bu boyatma prosesinə dərhal uyğunlaşa bilmir. Nəticədə dizlərdə ağrılar ola bilər. Müəyyən müddətdən sonra bu ağılar adətən izsiz olaraq keçir. Bu ağrılar yükləmədən, soyuqlamadan sonra arta bilər, yüngül massajdan sonra keçir.

— Vətərlərin iltihabı. Ağrı dizdə pilləkənlə qalxdıqda, ağır əşyaları daşıdıqda əmələ gəlir. Ağrılar adətən dizin altında hiss olunur. Vaxt keçdikcə oynağın hərəkətliliyi pisləşir.

— Diz oynağının bursiti — bir və ya bir neçə oynaq kisələrinin iltihabı. Bu pozulma zamanı insan dizdə ağrı hiss edir, diz qızarır, ödemləşir, diz oynağında hərəkətlilik azalır.

— Diz qapağının xondropatiyası. Bu xəstəlik zamanı diz qapağının qığırdağında deqenerasiya prosesləri baş verir ki, nəticədə diz qapağı fəaliyyətdən qalır. Bu pozulmanın səbəbi köhnə travma və ya dizin xroniki zədələnməsi ola bilər (məsələn, hər hansı peşənin xüsusiyyəti ilə bağlı). Ağrılar istənilən hərəkət zamanı əmələ gəlir, dizdə şaqqıltı, xışıltı eşidilir. Diz oynağı, faktiki olaraq, fəaliyyət göstərmir.

— Diz qapağının osteoxondrit xəstəliyi. Bu xəstəlik zamanı diz oynağında olan qığırdaq oynağın səthlərindən tədriclə hopur. Xəstəliyin əvvəlində ağrılar güclü olmur. Qığırdaq oynaqdan tam ayrıldıqda diz oynağı artıq işləmir.

— Sümüklərin şişləri (xoş və ya bədxassəli). Bu zaman dizdə ağrıların səbəbi şişin böyüməsi və ətrafdakı toxumaların sıxılmasıdır.

Bəzən xəstəlik bilavasitə dizdə deyil, onurğa sütununda (osteoxondroz, yırtıq, protruziya), bud-çanaq oynağında (koksartroz), əzələlərdə yaranır və ağrılar, o cümlədən, dizdə də hiss olunur.

Həmçinin dizlərdə ağrıların səbəbi orqanizmin sistem xəstəlikləri (sümük vərəmi, osteoporoz, osteomiyelit, poliartrit və s.) də ola bilər. Bəzi infeksion xəstəliklər zamanı da diz oynaqlarında ağrılar olur (məsələn, Reyter sindromu, Laym xəstəliyi).

Beləliklə, dizlərdə olan ağrıların səbəbləri olduqca çoxdur. Dizlərdə ağrıları hiss etdikdə, vaxt itirmədən ortopedə müraciət edin. 
Mənbə: //Saglamolun.az


OXŞAR XƏBƏRLƏR

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib. Sfera.az Oxu.Az-a istinadən xəbər veri...

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...