Logo

Xərçəngə səbəb olan məhsul açıqlandı

Xərçəngə səbəb olan məhsul açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Süddən çox istifadə qadınlarda döş xərçənginin yaranması riskini artırır.

Sfera.az bildirir ki, belə bir qənaətə ABŞ-da Lom Lind Səhiyyə Universitetinin mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində gəliblər.

Alimlər səkkiz il ərzində həkim nəzarəti altında olan 53 min sağlam qadının pəhriz məlumatlarını təhlil ediblər. İştirakçılar öz fiziki fəallığını, alkoqoldan nə qədər çox istifadə etdiklərini, eləcə də hormonal və digər dərman preparatlarının qəbulu faktlarını, ailədə döş xərçənginin müşahidə olub-olmadığını, reproduktiv və ginekoloji sağlamlığını göstəriblər.

Müşahidənin sonunda 1057 qadında döş şişlərinin inkişaf halları qeydə alınmışdı. Mütəxəssislər soya məhsulları, eləcə də pendir və qatıqdan istifadə ilə xərçəngin yaranması arasında aydın əlaqələr tapmayıblar. Lakin süd məhsullarından tez-tez istifadə edənlərdə şişlərin inkişaf riski böyük olub.

(oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR