Şadlıq sarayında antisanitar vəziyyət - FOTOLAR

Şadlıq sarayında antisanitar vəziyyət - FOTOLAR

Oğuzda antisanitar şəraitdə fəaliyyət göstərən şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, Oğuz şəhərində fəaliyyət göstərən, fiziki şəxs Aydınov Azər Mehrab oğluna məxsus "Tansu” şadlıq sarayında monitorinq keçirilib.

Agentliyin Şəki regional bölməsinin həyata keçirdiyi monitorinq nəticəsində şadlıq sarayında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, eləcədə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı müəyyən edilib. Məlum olub ki, restoranda isti və manqal yeməklərinin, soyuq qəlyənaltıların hazırlanması, qabların yuyulma prosesi bir bölmədəhəyata keçirilir.

Bundan başqa, manqal yeməklərinin hazırlanmasında istifadə olunan ət məhsullarının üzəri açıq şəkildə masada saxlanıldığı, istifadə edilən qazançaların yararsız olduğu, ətin doğranması üçün ayrılmış kötüklərin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən olunub.

Yoxlama zamanı zibil tullantılarının atıldığı qabların ağzı açıq şəkildə mətbəxdə saxlanıldığı, restoranda çalışan işçi personalın tibbi müayinədən keçmədiyi, işə başlamazdan əvvəl işçilərin istifadə etməsi üçün soyunub-geyinmə, yuyunma otağının olmadığı məlum olub.

Monitorinq zamanı şadlıq sarayında qida məhsullarının saxlanılması üçün yalnız bir soyuducunun olduğu, mətbəxdə isə havanlandırma sisteminin olmadığı müəyyən edilib.

Aşkar edilmiş nöqsanlar əsasında qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb.

 


OXŞAR XƏBƏRLƏR