\"Sadakatsiz\"in cazibədar aktrisası Rihannanın keçmiş sevgilisi ilə eşq yaşayır - FOTO
16:20 / 10.01.2022
1761
"Sadakatsiz” serialındakı obrazı ilə gündəm olan türkiyəli aktrisa Cansu Dərənin yeni münasibətə başladığı iddia olunub.
Sfera.az bildirir ki, aktrisanın bu dəfə dünya çempionu, qılıncoynadan Mayls Çamli-Vatsonla eşq yaşadığı deyilir. İddialara əsasən, aktrisa sözügedən idmançı ilə bir jurnalın çəkilişləri zamanı tanış olub. Köşə yazarı Bülent Cankurtun sözlərinə görə, Maylsın həmin ərəfələrdə Cansudan xoşu gəlib.
"Harada, necə tanış olublar bilmirəm, amma eşqləri təxminən iki ay əvvəl başlayıb. Cütlüyü ötən həftə satışa çıxarılan bir jurnalın üz qabığında görəndə "Nə əlaqə?” demişdim. Sən demə, Cansu Dere jurnalın üz qabığını bəzəyən fotolarda eşqini elan edib. Məşhur idmançı keçən həftələrdə İstanbula gəlibmiş, həm çəkilişlər, həm də sevgilisi ilə görüş üçün”, - deyə Cankurt əlavə edib.
Xatırladaq ki, Mayls Çamli-Vatson bir müddət amerikalı müğənni Rihanna ilə sevgili olub.
Türkan
Sfera.az