Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb

Şabran Mədəniyyət sarayında izdiham yaşanıb - Sadiq Qurbanov idmançı gənclərlə görüşüb
Bu gün YAP-ın deputatlığa namizədi Sadiq Qurbanovun Şabran şəhər Mədəniyyət sarayında rayon gəncləri və idmançıları ilə möhtəşəm görüşü olub.

Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev və ölkənin tanınmış idmançılarının tədbirə qatılmadı onun möhtəşəmliyini daha da artırıb.

Telman Bayramov, Zeynal Zeynalov, Müşviq Cəfərov və Avropa çempionu Məmmədi Salamov çıxışlarında Prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmançılara göstərdikləri qayğıdan, diqqətdən bəhs edərək, onlara təşəkkürlərini bildiriblər. 

Çıxış edən gənclər 9 fevral seçkilərində bütün gəncləri və idmançıları YAP-ın namizədinə səs verməyə çağırıblar.

Onlar qeyd ediblər ki, YAP həmişə seçkilərdə qalib gəlib. Nüfuzlu və ümummilli liderin ideyalarına sadiq qalan namizədləri dəstəkləmək vətənini, xalqını, millətini sevən hər bir seçicinin borcudur. 

S.Qurbanov ona təbliğat prosesində mənəvi dayaq duran hər bir kəsə təşəkkürünü bildirib. Daha sonra namizəd seçki platformasından danışıb və tədbirin sonunda ona yaxınlaşan hər bir seçici ilə səmimi söhbətlər aparıb.
 
 

OXŞAR XƏBƏRLƏR