Sabirabadda məzunun intihar səbəbi: İmtahan yox, qumar imiş

Sabirabadda məzunun intihar səbəbi: İmtahan yox, qumar imiş
 

Sabirabad rayonu, Ulacalı kənd B.Ağayev adına tam orta məktəbin məzunu Yusif Abbasovun intiharının yeni təfərrüatları məlum olub.

Sfera.az xəbər verir ki, Yusifin atası Şahid Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oğlunun ali məktəbə qəbul imtahanlarında az bal topladığı üzündən intihar etdiyi barədə məlumat yayılsa da, oğlu qumarda pul uduzduğu üçün özünə qəsd edib: "Hazırda bu məsələni prokurorluq orqanı araşdırır. Amma oğlum ali məktəbə qəbul imtahanında az bal topladığına görə canına qıymayıb. Hadisəyə səbəb qumarda uduzduğu pul olub. Oğlum bu il 11-ci sinfi bitirib məzun olmuşdu. Sinif yoldaşları ilə birgə gəzintiyə getmək üçün pul yığıblar. Kənddə də kimsə oğlumun üstündə 360 manat pul olduğunu bilib. Onu və başqa bir sinif yoldaşını qumar oynamağa dəvət ediblər. Qumar oynayanlar da kənd uşaqları olublar. Mən bu hadisədən oğlum intihar etməzdən bir gün əvvəl xəbər tutmuşam. Dedi ki, pul borcum var, uşaqların yığdığı pulu xərcləmişəm. Soruşdum ki, nəyə xərcləmisən? Mənə qumara qoyduğunu demədi. Dedi, özümə əyin-baş, telefon almışam. Mən də başa saldım ki, əvvəl evdə deyərdin gərək... Bu gün də sinif yoldaşlarının yanında xəcalətli qalmazdın. Amma mən buna görə oğlumu çox danlamadım. Hadisədən bir gün öncə də sinif yoldaşları ilə yeyib-içiblər. Bilmirəm, orada pulu xərclədiyini deyəndə ona kim nə deyib. Ondan bir gün sonra bu iş başımıza gəldi".

Ş. Abbasov deyir ki, oğlu sahədə ot biçininə kömək edirmiş. Yusif deyibmiş ki, işləyib borcunu qaytaracaq: "Oğlumun intiharı ilə bağlı indi araşdırma aparılır. Amma daha balamı heç nə mənə geri qaytarmayacaq. Ona görə də kənddə də kimləsə pis olmaq istəmirəm. İstəmirəm ki, o biri övladlarıma da ziyan dəysin".

Xatırladaq ki, Yusif Abbasov iyunun 16-da yaşadıqların evin həyətində intihar edib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...