Sabiq prezidentin kürəkəni 4 il müddətinə HƏBS OLUNDU

Sabiq prezidentin kürəkəni 4 il müddətinə HƏBS OLUNDU
Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri 4 il müddətinə azadlıqdan məhrum edilib.
 
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

M.Qoqoçuri odlu silahın qanunsuz əldə olunması, daşınması və saxlanılması, polis əməkdaşlarına müqavimətin göstərilməsi, külli miqdarda qadağan edilmiş narkotik vasitələrin saxlanılmasında ititham olunurdu.

Qeyd edək ki, sabiq dövlət başçısının yaxın qohumu ötən ilin iyulunda Ozurgeti şəhərində mehmanxanalardan birində baş vermiş insidentlə bağlı saxlanılıb.


OXŞAR XƏBƏRLƏR