Sabiq deputatın avtomobili yanıb kül oldu: Canını güclə qurtardı - FOTO

Sabiq deputatın avtomobili yanıb kül oldu: Canını güclə qurtardı - FOTO
Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının İzmir üzrə millət vəkili Ceyda Bölünməzin atası, Mardinin 22-ci dövr millət vəkili Süleyman Bölünməz Bodrumda avtomobil qəzasına düşüb.
 
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milas istiqamətindən Bodruma doğru yol alan sabiq millət vəkilinin "Range Rover” markalı avtomobili şəhərin girişində bir anda alov alıb. Mühərrik hissəsindən qalxan alov bütün avtomobili bürüyüb. Məlumata görə, S. Bölünməz canını güclə qurtarıb.

Yol polisləri hər iki yoldan hərəkəti bağlayaraq avtomobili söndürməyə çalışıblar. Hadisə yerinə çox sayda polis və yanğınsöndürən gəldikdən sonra avtomobili söndürmək mümkün olub. 

Külə dönən nəqliyyat vasitəsi yoldan çıxarıldıqdan sonra nəqliyyatın hərəkəti yenidən normal hala dönüb.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR