Röyanın villası ilə bağlı açıqlama

Röyanın villası ilə bağlı açıqlama

Əməkdar artist Röya Ayxanın Xaçmaz rayonunun Nabran qəsəbəsindəki villasını satışa çıxarılması ilə bağlı xəbərlər yayılıb.

Sfera.az xəbər verir ki, bu araşdırmanı Musavat.com-un əməkdaşları aparıb. Onların iddiasına görə, Nabranda hər kəsin "Röyanın villası” kimi tanınan daşınmaz obyekti 500 min dollara satışa çıxarılıb. Hətta saytın əməkdaşları villaya müştəri kimi daxil olaraq çəkiliş aparmağa nail olublar.

Bu məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Röyanın prodüseri Vüsal Rzayevlə əlaqə saxlayıb. V.Rzayev yayılan xəbərlərin yalan olduğunu bildirib:

"Röya Ayxanın, ümümiyyətlə, heç vaxt Nabranda villası olmayıb. Bu xəbər dezinformasiyadan başqa bir şey deyil”.


OXŞAR XƏBƏRLƏR