Rusiyanın “başıbəlalı” himni yenə səhv salındı - VİDEO

Rusiyanın “başıbəlalı” himni yenə səhv salındı - VİDEO

Rusiyanın "başıbəlalı” himni yenə hər kəsi heyrətləndirib. Bu dəfə anlaşılmazlıq ərəb ölkələrində deyil, Avropada – İsveçrənin Davos şəhərində yaşanıb. Özü də bu səhv iki dəfə təkrarlanıb.

Bu barədə Life.ru xəbər yayıb.

Bildirilir ki, "Salavat Yulayev” – "Ak Bars” görüşünün təşkilatçıları Rusiyanın himnini dəyişik salaraq, onun əvəzinə Mixail Qlikinin "Vətənpərvərlik” mahnısını səsləndiriblər.

Təşkilatçılardan fərqli olaraq, azarkeşlər və xokkeyçilər bunun fərqinə vararaq, mahnını səsləndirməyiblər. Tribunadan etiraz fit səslərinə baxmayaraq, musiqinin ifası davam edib və sona qədər səsləndirilib. Bundan sonra diktor üzrxahlıq edərək, əsl himni səsləndirəcəklərinə söz verib.

Lakin dinamiklərdən yenə Qlinkinin musiqisi səslənib, bu dəfə səhv dərhal anlaşılıb və mahnı dayandırılıb. 

Vəziyyəti azarkeşlər düzəldiblər, onlar ölkə himnini kapella oxuyublar.


Qeyd edək ki, bundan əvvəl də ərəb ölkələrində analoji hadisə yaşanmışdı. Belə ki, Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanını ziyarəti zamanı Ərəbistan orkestri himni səsləndirərkən notları qarışdırmışdı.

Nəticədə, Rusiya himni tamamilə səhv səsləndirilmişdi. Baş verənləri təəccüblə izləyən Putinin görüntüləri sosial şəbəkələrdə ən çox izlənən videolardan birinə çevrilmişdi.

Eyni hadisə Misirdə də yaşanmışdı. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...