"Rusiyalı sülhəmramlıların qalacağı müddət 5 illə kifayətlənməyəcək” - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı geniş açıqlama verib.

Sfera.az "TASS” agentliyinə istinadən xəbər verir ki, o, rusiyalı sülhməramlıların 5 illik müddətinin artırılacağını deyib.

"5 illik müddətdə sülhməramlılar regionda təhlükəsizlik və stabillik təminatı yaratmalıdır. Qarabağ münaqişəsinin uzumüddətli olduğunu nəzərə alaraq rusiyalı sülhəmramlıların qalacağı müddət 5 illə kifayətlənməyəcək”.

Nikol Paşinyan Dağlıq Qarabağın statusunun ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlar zamanı müəyyən olunacağını da əlavə edib.


OXŞAR XƏBƏRLƏR