Rusiyalı ekspert: \"Azərbaycan yaxın illərdə Avropa qaz bazarındakı mövqeyini gücləndirəcək\"

Rusiyalı ekspert: \
 

"Bu il qışın yumşaq keçməsi üzündən tənəzzül keçirən qaz bazarı bir tərəfdən də COVİD-19 pandemiyası ilə bağlı bir çox ölkələrin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində daha da böhranlı vəziyyətə düşdü. Beynəlxalq Enerji Agentliyinə (İEA) görə, 2020-ci ildə dünya boyu qaza tələbat 150 milyard kubmetr, yəni 4 faiz azala bilər ki, bu da təbii qaz bazarının mövcudluğu dövrdə ən böyük azalma olacaq".

Bu barədə "Report”un Rusiya bürosuna Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Enerji Siyasəti və Diplomatiyası İnstitutunun direktor müavini İqbal Quliyev bildirib.

 

"Gələn il aşağı qiymətlər və iqtisadiyyatın dirçəlməsi nəticəsində tələbatın tədricən bərpa ediləcəyi gözlənilsə də, koronavirus üzündən ortaya çıxan bu böhran təbii qaz bazarı üçün daha uzunmüddətli fəsadlar yaradacaq. Daha çox ziyan çəkən Avropa bazarında 7 faizlik tələbat azalması var. Avropada uzunmüddətli müqavilələrin başa çatdırılması da Azərbaycan kimi oyunçulara yeni imkanlar qazandıracaq. Belə ki, Azərbaycan qazı Avropa bazarında orta müddət ərzində yaxşı perspektivə malikdir. Bu ilin mart ayında Türkiyə bazarının 24 faizini təmin edərək bu ölkəyə qaz tədarükü sarıdan birinci yer tutan Azərbaycan iki il bundan əvvəl "Trans Anatolian Pipeline" (TANAP) vasitəsilə qaz nəqlinə başlayaraq ötən müddət ərzində 5,6 milyard kubmetr qaz ixrac etdi. Ötürmə gücü 16 milyard kubmetr olan TANAP üzərindən gələcəkdə 31 milyard kubmetr qaz ötürmək nəzərdə tutulur”, – ekspert deyib.

Rusiyalı ekspert "Trans Adriatic Pipeline"ın (TAP) Adriatik dənizi dibindən keçən 105 kilometrlik hissəsinin başa çatmaq üzrə olduğunu söyləyib: "HəmTAP, həm də TANAP Azərbaycanın "Şahdəniz-2" yatağından təbii qazın ixrac ediləcəyi Cənub Qaz Dəhlizinin tərkib hissələridir. Yeni qaz kəmərlərinin də istismara qəbul edilməsini nəzərə alsaq, Azərbaycan yaxın 3-5 ildə Avropa qaz bazarındakı mövqeyini daha da gücləndirə bilər”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...