Rusiyalı diplomatlar ABŞ-dan deportasiya olunur - Co Baydendən SANKSİYA

Rusiyalı diplomatlar ABŞ-dan deportasiya olunur - Co Baydendən SANKSİYA
ABŞ 10 Rusiya diplomatını deportasiya etməyi planlaşdırır.
 
Sfera.az Sputnik-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden rəhbərliyinin 12 Rusiya vətəndaşı və 20 quruma sanksiya tətbiq etməyi, eləcə də 10 rus diplomatını ölkədən deportasiya etməyi planlaşdırdığı bildirilib.

Bu haqda "Bloomberg” agentliyinin Ağ Ev üzrə müxbiri Cordan Fabian məlumat verib.

O, "Twitter” hesabında rəsmi Vaşinqtonun ABŞ seçkilərinə müdaxilə iddiaları və "Günəş rüzgarları” kiber hücumları səbəbilə Rusiyaya qarşı bu addımları atmağı planlaşdırdığını yazıb.

Co Bayden ötən gün prezident olaraq vəzifəsini icra edəndən bəri 2-ci dəfə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Kremlin telefon danışığı ilə bağlı yazılı açıqlamasında C. Baydenlə ikitərəfli münasibətlərdə cari vəziyyəti normallaşdırmaq, strateji sabitlik və silah nəzarəti, İranın nüvə proqramı, Əfqanıstandakı vəziyyət və qlobal iqlim dəyişikliyi kimi müzakirələr aparıldığı qeyd edilib.

Əzizə 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...