Rusiyada təyyarə qəzaya uğradı
19:46 / 13.04.2021
1655
Rusiyanın Saratov vilayətinin Marksovsk rayonunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, məlumatı TASS yayıb.
Hadisə yerinə xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə, təyyarə gölə düşüb.
Qəzanın səbəbi araşdırılır.