Rusiyada koronavirus vaksininin könüllülər üzərində sınaqları başlayıb

Rusiyada koronavirus vaksininin könüllülər üzərində sınaqları başlayıb
 Rusiyada koronavirusa qarşı vaksinin könüllülər üzərində sınaqları başlayıb.

Sfera.az xəbər verir ki, sınaqların ilk günündə 18 nəfər peyvənd edilib.

Peyvənd olunan şəxslərin bir müddət sonra müayinəsi keçirilib və onların yaxşı qiymətləndirilib.

Peyvəndləşmənin növbəti mərhələsi iyunun 19-da keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl vaksinin sınaqları meymunlar və dağsiçanları üzərində keçirilib. Bu heyvanlarda peyvənddən sonra hər hansı bir əks təsir müşahidə olunmayıb. (trend.az)

OXŞAR XƏBƏRLƏR