Rusiya XİN Kabilin taliblərlə danışıqlarda tutduğu mövqeyi “ikiüzlülük” adlandırdı

Rusiya XİN Kabilin taliblərlə danışıqlarda tutduğu mövqeyi “ikiüzlülük” adlandırdı
Rusiya Prezidentliyinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Əfqanıstan hakimiyyətinin taliblərlə danışıqlara dair  mövqeyini ikiüzlülük  adlandırıb.
 
Əfqanıstan hakimiyyəti "Taliban” hərəkatı nümayəndələri ilə danışıqlar aparmağa hazır olduğunu söyləsə də, bu istiqamətdə heç bir əməli addım atmır.
Sfera.az-ın məlumatına görə, Rusiya Prezidentliyinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov RİA "Novosti” yə müsahibəsində bildirib.
 
Kabulov Kabilin mövqeyini belə ifadə edib: "taliblər qəbul etsə, hakimiyyət danışıqlara hazırdır”. Nazirlik nümayəndəsi vurğulayıb ki, danışıqlar belə aparılmır. 
 
"Bu, ikiüzlülükdür. Bu, mövcud həqiqətlərə göz yummaq cəhdidir, odur ki, bunlar boş sözlərdir. Bizimsə konkret addımlara ehtiyacımız var",-  dedi Kabulov əlavə edib.
 
Onun sözlərinə görə, Əfqanıstanda əsl sülh prosesi, hakimiyyətlə respublikanın müxtəlif etnopolitik qüvvələrini təmsil edən nüfuzlu siyasətçilər öz aralarında razılaşaraq danışıqlar masasına oturacağı təqdirdə başlayacaq.
 
"Biz də elə buna nail olmağa çalışırıq”,- deyə Rusiya XİN-də qeyd ediblər.
 
Kabulov, həmçinin əlavə edib ki, hakimiyyət taliblərlə dövlətin gələcək quruluşu ilə bağlı mənalı dialoqa başlayacağı təqdirdə, Əfqanıstanın paytaxt uğrunda döyüş olmayacaq.

Kabulovun sözlərinə görə, Rusiyanın gələcək danışıqlarla bağlı təklifləri var, amma "bu, incə bir məsələdir." Əfqanlar əcnəbilər tərəfindən irəli sürülən istənilən fikri məcburiyyət kimi qəbul edəcəklər.
 
"Heç bir xalq bunu xoşlamır. Amma onlar əsas prinsipial məqamlardan halidirlər, bizim işimizsə hər iki döyüşən tərəfi  danışıqlar masasına oturtmaqdır",- deyə Kabulov qeyd edib.
 
O, vurğulayıb ki, dialoq yalnız "genişləndirilmiş üçlüy" ün (Rusiya, ABŞ, Çin, Pakistan) vasitəçiliyi ilə deyil, həmçinin Əfqanıstan hakimiyyəti ilə "Taliban”ın köməyi ilə aparılmalıdır.
 
"Biz əlverişli şərait yaradaraq əfqanların özlərini danışıqlar masası arxasəna oturtmalı və danışıqlar prosesinin gedişatını kənardan izləməliyik. Əgər konstruktiv çığırdan çıxdıqlarını görsək, onlara:” xeyr, xahiş edirik, qayıdın və aranızda razılaşın”,- deməliyik.
 
Bu danışıqların harada aparılacağı vacib deyil. Bircə on u bilirik ki, hər iki tərəf Əfqanıstandakı sülh razılaşmasını təntənəli surətdə Kabulda  imzalamalıdır”, - deyə rusiyalı diplomat əlavə edib.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...