Rusiya və ABŞ arasında “viza müharibəsi”: Lavrov “sürprizlərimizə hazır olun” dedi…

Rusiya və ABŞ arasında “viza müharibəsi”: Lavrov “sürprizlərimizə hazır olun” dedi…


Moskvanın Vaşinqtonun viza sanksiyalarına qarşılıq veriləcəyi istisna edilmir.

 

 

Sfera.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, artıq rəsmi Moskva Birləşmiş Ştatlara qarşı məhdudiyyətlərə start verməyə hazırlaşır.

 

 

"Viza müharibəsinə başlayacağıqmı?” sualının cavabı olaraq deyə bilərəm ki, müharibə artıq gedir və bu müharibəni ABŞ özü qızışdırıb”,- bunu mətbuata açıqlamasında XİN başçısının müavini Sergey Ryabkov deyib.


Diplomat qeyd edib ki, dəfələrlə amerikalı həmkarlarına "gözə göz, dişə diş” prinsipi ilə hərəkət etməkdən əl çəkib, razılığa gəlməyi təklif ediblər.


"Hələ ki, alınmır. Görünür, ABŞ-da Rusiya siyasətini müəyyən edib formalaşdıranların dəyərləri bizdən fərqlidir. Görünür, onlar bizimlə güclərinə arxalanaraq danışmağa cəhd edirlər. Amma bu yanaşmanın uğursuzluğa məhkum olduğu çoxdan hər kəsə məlumdur”, - deyə, Rusiya rəsmisi məsələyə aydınlıq gətirib.


Xatırladaq ki, bir müddət öncə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, BMT-nin xətti ilə ABŞ-da keçiriləcək tədbirlərdə iştirak etməli olan Rusiya nümayəndə heyətinin bəzi üzvləri "texniki səbəblərə görə” viza ala bilməyiblər.


Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə vizaların verilməməsini rüsvayçılıq adlandırıb. Nazir müsahibəsində xatırladıb ki, 2018-ci ildə Moskva Vaşinqtona tərəf addım ataraq, amerikalı həmkarlarının xahişi ilə Rusiyanın sanksiya siyahısında olan senator Ron Consonu da Rusiyaya gələn nümayəndə heyətinin tərkibinə daxil edib.

 

Lavrov vurğulayıb ki, amerikalısiyasətçilər Rusiyanın bu addımına qarşılıq verəcəklərini vəd etsələr də, bu il Vaşinqtonda bəyan ediblər ki, "qara siyahı”dakı istənilən nümayəndəyə viza verilməsi "qətiyyən mümkün deyil”.


Diplomat bunu "Amerika müstəsnalığı”nın kədərli nümayişi adlandırıb. O, həmçinin Vaşinqtonun vizalarla bağlı qərarından sonra ABŞ-a "sürpriz” edəcəklərinə də söz verib.

 

 

Selcan


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...