Rusiya Türkiyəyə uçuşları niyə ləğv etdi? – “Pandemiya bəhanədir, əsl səbəb...”

Rusiya Türkiyəyə uçuşları niyə ləğv etdi? – “Pandemiya bəhanədir, əsl səbəb...”
"Rusiyanın Türkiyəyə münasibətdə atdığı bu addım beynəlxalq hüquqa ziddir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ankara ilə Kiyev arasında bağlanan müqavilələrin ardınca Rusiyanın pandemiyanı əsas gətirərək aprelin 15-dən iyunun 1-dək Türkiyəyə hava uçuşlarını dayandırmasına münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq düşünür ki, Moskvanın sözügedən addımı qərəzli və qanunsuzdur: "Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında 20 bənddən ibarət müqavilə imzalanıb. Ankaranın Kiyevlə siyasi, hərbi-texniki sahədə əməkdaşlığı isə Moskva tərəfindən ciddi narahatlıqla qarşılanıb. Buna cavab olaraq, ötən gün Rusiya XİN rəhbəri Sergey Lavrov Ankaranı Kiyevi qızışdırmaqda ittiham edib”
 
Həmsöhbətimiz bildirib ki, Kremlin Türkiyə-Ukrayna yaxınlaşması fonunda Ankaraya münasibətdə belə mövqe sərgiləyəcəyi gözlənilən idi. Onun fikrincə, Rusiya hətta digər addımlar da ata bilər:
 
"Belə bir vəziyyətdə 45 gün müddətinə Rusiyanın Türkiyəyə hava reyslərini dayandırması Ankaranın Ukrayna siyasətinə narazılıq kimi dəyərləndirilə bilər. Hətta sonrakı mərhələdə bu müddəti bir qədər də uzada bilərlər. Moskvanın həmin addımı isə heç də özlərinin elan etdikləri kimi, pandemiya ilə bağlı deyil. Ona qalsa, Rusiya pandemiyanın tüğyan etdiyi dünyanın bir çox digər ölkəsilə nəqliyyat əlaqəsini, o cümlədən hava uçuşlarını davam etdirir. Türkiyənin Ukraynanı "Bayraktar” PUA-ları ilə silahlandırması Moskvanın belə bir addım atmasına gətirib çıxarıb”.
 
Elçin
 
 
 

OXŞAR XƏBƏRLƏR