Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməlləri davam edir

Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməlləri davam edir

 

Qaçaqmalçılıq yolu ilə növbəti yük avtomobilləri İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilib. 

Sfera.az bildirir ki, bununla bağlı "Azad İran” "Telegram” kanalı görüntülər yayıb: 

"Bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınının Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı kanalımıza yeni video daxil olub”.

Qeyd edək ki, bir neçə gün əvvəl də "Azad İran” "Telegram” kanalında İrandan qanunsuz olaraq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.

İranın Azərbaycandakı səfirliyinin bu məsələni araşdırmasına baxmayaraq, hələlik bir nəticə yoxdur və İrandan Qarabağa qaçaqmalçılıq yolu ilə mallar hələ də gəlməkdədir.

 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...