Rusiya prezidenti Lavrov və Şoyqunu deputat görmək istəyir

Rusiya prezidenti Lavrov və Şoyqunu deputat görmək istəyir
Rusiyanın hakim "Vahid Rusiya” partiyasının növbəti qurultayı keçirilib.

Sfera.az xəbər verir ki, qurultay bu ilin sentyabrın 17-dən 19-dək Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı olub.

Rusiya Prezidenti Vladimir Putin qurultayda çıxışı zamanı partiyanın siyahısına liderliyə namizədlərin adını təklif edib.

Rusiya dövlət başçısı hesab edir ki, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova, "İstedad və Uğur” təhsil fondunun rəhbəri Yelena Şmeleva və Kommunardakı xəstəxananın rəhbəri Denis Proçenkonun adı Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın federal siyahısında lider olmalıdır.

Putin Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, "Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevin adını çəkməyib. Dmitri Medvedev 2011 və 2016-cı il seçkilərində siyahıya başçılıq edirdi, siyahının federal hissəsində isə tək namizəd göstərilmişdi.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 19-na təyin edilməsi barədə Fərman imzalayıb.

Dövlət Dumasına seçkilər 17-dən 19-dək, saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək hüququ olan 32 partiya siyahılarını iyulun 13-dək Mərkəsi Seçki Komissiyasına təqdim edə biləcəklər. Seçkilərin üç gündə keçirilməsi sanitar-epidemioloji vəziyyətlə bağlıdır.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 5 il müddətinə formalaşdırılır. Palatada 225 yer partiya siyahılarına uyğun, 225 yer isə birmandatlı dairələr üzrə tutulur.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...