Rusiya PL-in prezidenti istefa verdi
14:00 / 05.10.2021
1090
Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin vəzifəsindən ayrılıb.
Sfera.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, 60 yaşlı funksioner öz istəyi ilə istefa verib.
Qeyd edək ki, Sergey Pryadkin 2007-ci ildən qurumun prezidenti olub. O, yanvarın 16-da növbəti beş illik müddət üçün yenidən seçilmişdi.