“Rusiya nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir...” - Politoloq

“Rusiya nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir...” - Politoloq
"Rusiya-Ukrayna cəbhəsində alovlanan hərbi-siyasi gərginliyin fonunda müzakirə olunan məsələlərdən biri də Kiyevin NATO-ya inteqrasiya və üzvlük məsələsidir. Bəzi ekspertlər qeyd edirlər ki, bu məsələ daha çox proseslərin hansı istiqamətdə cərəyan edəcəyindən asılıdır”.

Sfera.az xəbər verir ki, bunu politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, Ukrayna cəbhəsində "isti proses”lərin davam etməsi proqnozlaşdırılır:
"ABŞ yeni mərhələdə Rusiyanın strateji nəzarət məntəqələrində hərbi-siyasi təmizlik aparılmasında maraqlı görünür və fəal təşəbbüslərlə çıxış edir. Rusiya isə nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir. Belə olan halda Ukrayna məsələsi ətrafında da zaman-zaman eskalasiyanın müşahidə olunacağı gözlənilir.
 
Şübhəsiz ki, bəhs olunan hərbi-siyasi qarşıdurmanın hazırkı mərhələdə aktiv fazaya keçməsinin səbəblərində biri Ukraynanın NATO-ya üzvlük məsələsinin aktuallaşmasıdır. Bu, Kiyevin Avroatlantik məkana inteqrasiyasının tərkib hissəsi kimi həm Qərbin, həm də Rusiyanın siyasi kuluarlarında müzakirə mövzularındandır. ABŞ-da hakimiyyət, Avropa İttifaqında isə geostrateji paradiqma dəyişikliyindən sonra Qərb Ukrayna-NATO cəbhəsində həlledici prosesin əsasını qoymaq və Şərqi Avropada Rusiyanı "oyundankənar vəziyyətə” salmaq niyyətindədir. Rusiya isə Ukraynanın NATO-ya gedən yolunu, öz "sərhəd təhlükəsizliyi zonası” hesab etdiyi ərazidən isə Qərbin ayağını kəsmək üçün hərbi-siyasi həmlələr edir”.

Politoloq bildirib ki, Ukrayna NATO-ya üzv olmaq istiqamətində proseslərin sürətləndirilməsi çağırışı ilə çıxış edir: "ABŞ və bəzi Avropa İttifaqına üzv ölkələr bu yanaşmanı adekvat qiymətləndirirlər. Əlbəttə, indiki mərhələdə atılan addımlar, xüsusilə hərbi təlimlərə cəlbolunma Ukraynanın NATO-ya qəbuluna hərbi-texniki hazırlıq prosesi kimi dəyərləndirilə bilər. Amma üzvlük məsələsi qısa zaman kəsimində öz həllini tapmayacaq. Çünki hərbi-texniki nüanslarla yanaşı, siyasi mərhələnin yekunlaşması gərəkdir. İndiki mərhələdə Ukraynanın NATO-ya qəbul ilə bağlı standart və meyarlara cavab verməməsi, həmçinin bu ölkənin üzvlüyü ilə əlaqədar təşkilat daxilində siyasi konsensusun olmaması sözügedən məsələni ən yaxşı halda ortamüddətli dönəm üçün təxirə salır, lakin siyasi proses artıq başlanıb”.
 
N.Qələndərlinin sözlərinə görə, proses çərçivəsində həm Kiyev, həm də müttəfiqləri Alyansa üzvlük məsələsində bundan sonra yeni hərbi paradiqma ilə fəaliyyət göstərəcək:
 
"Yaxınmüddətli perspektivdə Ukrayna ilə NATO-nun aparıcı ölkələri arasında hərbi əməkdaşlığa dair sazişlər imzalanması istisna olunmur. Yeni mərhələdə regionda Ukraynanın Avropa İttifaqının siyasi cəhətdən aparıcı dövlətləri ilə hərbi-strateji yaxınlaşması və yeni işbirliyi formatlarının yaradılması da müşahidə edilə bilər. Bütün bunlar isə 2030-cu ilə qədər Şimali Atlantika Alyansına üzvlük prosesinin yekunlaşması üçün strateji zəmin yaratmaq baxımından vacibdir”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...