Rusiya Gürcüstan vətəndaşlarına 10 milyon avro ödəyəcək

Rusiya Gürcüstan vətəndaşlarına 10 milyon avro ödəyəcək
Rusiya 2006-cı ildə deportasiya edilən Gürcüstan vətəndaşlarına görə ilin sonunadək 10 milyon avro ödəməlidir.

Sfera.az-ın məlumatına görə, müvafiq qərar Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin iclasında qəbul edilib.

AŞ-nin saytında dərc edilmiş qərara görə ödəniş hər bir halda ilin sonunadək yığılmış faiz məbləği ilə birlikdə Avropa Şurasının bank hesabına köçürülməlidir.

Məlumatda qeyd olunub ki, Rusiya və Gürcüstan tərəfi bu il noyabrın 3-də ödənişin həyata keçirilməsi ilə bağlı anlaşma memorandumunun imzalanmasına yazılı razılıq verib.

Lakin ötən dövr ərzində Gürcüstan nümayəndələri Avropa Şurası Baş Katibi ilə memorandumu imzalasa da, Rusiya nümayəndələri hələ də sənədə qol çəkməyiblər.

Xatırladaq ki, Avropa İnsan Haqlar Məhkəməsi (AİHM) 2019-cu ilin əvvəlində deportasiya edilən Gürcüstan vətəndaşlarına görə rəsmi Moskvanın 10 milyon avro təzminat ödəməsi ilə bağlı qərar çıxarıb/APA.

OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...