Rusiya faizləri yenidən artıracaq
14:38 / 28.06.2021
1876
Rusiyanın Mərkəzi Bankı faiz dərəcələrini yenidən artırmaq istəyir.
Sfera.az xəbər verir ki, bu haqda Mərkəzi Bankın sədri Elvira Nabiullina "Bloomberg” saytına verdiyi açıqlamada qeyd edib. Baş bankir uçot dərəcəsinin 0,25-1 faiz bəndi artırılmasını nəzərdə tutduqlarını deyib.
Hazırda Rusiyada uçot dərəcəsi 5,5 faizdir. Əgər artım baş verərsə, uçot dərəcəsi 5,75-6,5 intervalında olacaq.
Faiz dərəcəsinin artırılması inflyasiya sürətinin güclənməsi ilə bağlıdır. Nabiullina deyib ki, Rusiyada inflyasiya nəzərəçarpacaq dərəcədə yüksəkdir.
Rusiya Mərkəzi Bankı növbəti faiz qərarını iyulun 23-də elan edəcək.
Vasif
Sfera.az