Rusiya ensiklopediyasında Xankəndi ilə bağlı məqalə — Ermənilərə növbəti sillə

Rusiya ensiklopediyasında Xankəndi ilə bağlı məqalə — Ermənilərə növbəti sillə
Rusiyanın nüfuzlu "Novaya Rossiyskaya Ensiklopediya”sında Xankəndi ilə bağlı çox maraqlı bir material dərc olunub.
  "Novaya Rossiyskaya Ensiklopediya”sının 15-ci cildində  Xankəndi (Stepanakert”  haqqında məlumat dərc olunub (səh 294):
"Stepanakert (azərbaycanca adı-Xankəndi). Azərbaycanda şəhər. Tanınmamış Dağlıq Qarabağ Respublikasının inzibati mərkəzidir, əhalisinin sayı 53,3 min nəfərdir (2012). Azərbaycan hökumətinin nəzarətində olan şəhərlərlə əlaqəsi kəsilib. Avtomobil yolu Şuşa –Qoris-Yerevan.

Əhalinin köçürülməsi Orta əsrlərdən başlayıb. XIX əsrin əvvəllərində Xankəndi adı ilə Rusiya imperiyasının tərkibində olub. Xankəndi adını 1923-cü ildə Bakı komunnasının rəhbərlərindən biri olan Stepan Şaumyanın adı ilə dəyişiblər. 1923-91-ci illərə qədər Dağlıq Qarabağ Muxtar Vilayətinin Mərkəz i Azərbaycan SSR-nin tərkibində olub. 1987-ci ildə etnik zəmində ermənilərlə azərbaycanlıların toqquşması Qarabağ münaqişəsinin yaranmasına səbəb oldu. 1980-ci illərin sonu, 90-cı illərin hərbi toqquşmalarının nəticədində azərbaycanlılar şəhəri tərk edib.

Şəhərdə yüngül (ayaqqabı və başqa) və yeyinti sənayesi (şərabçılıq və başqaları) müəssisələri var. Görməli yerlər: mərkəzi meydanda inzibati binaların ansamblı (1960-70-ci illərdə inşa olunublar), "biz - bizim dağlarımızıq” monumenti (1967), Dövlət Universiteti (əsası 1969-cu ildə qoyulub, indiki statusunun tarixi 1992-ci il), Tarix-ölkəşünaslıq muzeyi, V. Papazyan adına Dramatik teatr (1932-ci il) 11 km Şimaldan Cənuba doğru Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri yerləşir. Bu şəhərdə 18-19-cu əsrlərdə tikilmiş yuxarı Gövhər-ağa məscidi və çox saylı tarixi abidələr yerləşir”.
Materialın müəllifi D. V. Zayatsdır.

 Qeyd: Bu bir daha ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi faktını təsdiqləyir. Yüzlərlə belə faktlar göstərmək olar. Amma nədənsə müəllif ermənilərin bu ərazilərə daha çox Azərbaycanı işğal etdikdən və Çar Rusiyasının tərkibinə daxil edildikdən sonra bu əraszilərə köçürülməsini qeyd etməyib. Əgrə bu fakt da orada  əksini tapsaydı daha doğru  və yaxşı olardı.Ölkə.Az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...