Rusiya bunu niyə etmir? – Minalanmış xəritələri Ermənistandan almaq müşkülə dönüb
15:27 / 05.04.2021
820
İkinci Qarabağ müharibəsinin bitməsindən 5 ay
keçməsinə baxmayaraq Ermənistan hələ də Azərbaycana minalanmış ərazilərin xəritəsini
vermir. Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də ötən
gün qeyd etmişdi ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan ərazisində
çoxlu sayda minalar basdırıb və mülki əhali minaların hədəfi olmamalıdır:
"Beynəlxalq humanitar hüquqa əsasən, Ermənistan
Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Ermənistan həmçinin
beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməkdən imtina
edir. Minalar Azrbaycan əhalisinə qarşı qırğındır və işğaldan azad edilmiş ərazilərin
bərpasını ləngidir”.
Bununla bağlı Sfera.az-a açıqlama verən
politoloq Əlimusa İbrahimov vurğulayıb ki,
Azərbaycan-Rusiya-Ermənistan prezidentləri arasında imzalanan bəyanatdan
irəli gələn vəzifələr yerinə yetirilir:
"Uzun müddət qarşı-qarşıya dayanan Azərbaycanla
Ermənistan arasında münasibətlərin qurulması haqqında müsbət hərəkətlilik nəzərəçarpacaq
dərəcədədir. Mütəmadi olaraq yüksək səviyyəli görüşlər keçirilir. Baş Nazirlərin
müavinlərindən ibarət komissiyalar işləyir. Hazırda iki ölkə arasında
kommunikasiya xətlərinin açlması ətrafında ciddi işlər gedir. Misal olaraq, Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul etməsi, Azərbaycan
Respublikası Xarici İşlər Naziri Ceyhun Bayramovun Moskvada Rusiya Federasiyası
Xarici İşlər Naziri Sergey Lavrov və Ermənistan Respublikası Xarici İşlər
Naziri Ara Ayvazyanla görüşünü göstərmək
olar.
Bu və ya digər görüşlərdə Azərbaycan tərəfindən
Qarabağda ermənilərin minaladığı ərazilərin xəritələrinin verilməsi haqqında dəfələrlə
məsələ qaldırılmasına baxmayaraq ermənilər bu xəritəni təqdim etməkdən imtina
edirlər. Amma özləri isə Azərbaycan tərəfinə haqsız olaraq çox böyük iddialar
irəli sürür bu iddiaların yerinə yetirilməsini Rusiya və beynəlxalq təşkilatlar
qarşısında qaldırırlar. Misal olaraq, müharibə bitəndən sonra Azərbaycan ərazisində
terror hərəkəti hazırlamaq istərkən həbs olunan erməni hərbçilərini hərbi əsir
koteqoriyasına salır və azad olunmasını tələb edirlər. Yaxud, Azərbaycanla sərhədlərin
demilitasiyası prosesinin düzgün aparılmadığını iddia edərək tutduqları
torpaqlarımızı boşaltmaq istəmirlər.
Azərbaycan rəhbərliyi bütün bunlar
qarşısında dözümlülük göstərərək münaqişəli məsələlərin danışıqlar yolu ilə həllini
tapacağına inanır və bütün addımlarını bu istiqamətdə atır. Çünki prezident
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında müharibə mərhələsinin
sona çatdığı və artıq danışıqlar prosesinin başlandığını elan edib. Təbii ki,
biz keçən 30 ilə yaxın bir dövrdə olduğu kimi yenə də bu vədimizə sadiq
qalacaq, seçimin müharibəyə üzərində saxlanmamasına çalışacağıq. Amma təbii ki,
bu istiqamətdə keçən illərin göstərdiyi kimi, hər şey bizdən asılı deyil.
Yaxud, biz istəmədiyimiz halda müharibə seçimini edə bilərik. 5 ay bundan qabaq
olduğu kimi....Bütün baş verən hadisələr fonunda ermənilərin müharibənin bitməsindən
5 ay keçməsinə baxmayaraq Qarabağdakı
minalanmış sahələrin xəritəsinin verməməsi maraq doğurur”.
Politoloq
bunun səbəblərindən də söz açıb və qeyd edib ki, ermənilər Qarabağdakı məğlubiyyətləri
ilə barışa bilmir, bu torpaqları yenə də özlərinki hesab edirlər:
Digər səbəb isə ermənilərin Dağlıq Qarabağda
yenidənqurma işləri ilə məşğul olan azərbaycanlıların bu minalardan nə qədər
çox ziyan görsə, bunu özlərinin uğuru kimi qiymətləndirmələridir. Yadımıza 31
mart və Xocalı Soyqırımlarını salaq. Erməni qaniçənləri üçün tökülən hər bir Azərbaycanlının
qanı zövq və uğur mənbəyidir. Daha onlar başa düşmür ki, onlar axıtdıqları hər
damcı türk qanının əvəzini artıqlaması ilə ödəyəcəklər”.
Günay Rəsulqızı