“Rusiya 175 minlik heyətlə Ukraynaya hücum edəcək” - ABŞ-ın kəşfiyyat planı İFŞA OLUNDU

“Rusiya 175 minlik heyətlə Ukraynaya hücum edəcək” - ABŞ-ın kəşfiyyat planı İFŞA OLUNDU
Rusiya 175 min nəfərlik hərbi qüvvə ilə Ukraynanı işğal etməyi planlaşdırır.
 
Sfera.az bildirir ki, bu barədə ABŞ tərəfindən hazırlanan kəşfiyyat hesabatı ifşa olunub. "Washington Post” qəzetində dərc olunan xəbərə görə, Rusiya gələn ilin əvvəlində Ukraynaya müxtəlif cəbhələrdən hücumlar edəcək.

Adının çəkilməsini istəməyən ABŞ administrasiyasındakı mənbə bildirib ki, Rusiyanın gələn ilin əvvəlinə planlaşdırılan hücumunda Ukrayna ilə sərhəddə yaz aylarındakı təlimində istifadə olunanlardan iki dəfə çox hərbçi iştirak edəcək. 

"Plana 175 min nəfərlik hərbi qüvvə, 100 batalyon taktiki qrupu, zirehli artilleriya, böyük miqdarda döyüş sursatı daxildir”, - deyə mənbə əlavə edib. ABŞ kəşfiyyatının məxfi hesabatlarında olan peyk fotoşəkilləri, Rusiya qüvvələrinin dörd fərqli bölgədə cəmləşdiyini göstərib. Sənədlərə əsasən, əraziyə yeni gələn tanklar və artilleriya ilə birlikdə 50 döyüş taktiki qrupu yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl, Ukrayna müdafiə naziri sərhədlərində toplanan rus hərbçilərinin sayının 94 min olduğunu açıqlamışdı.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...