Ruhi Əliyevanın filmi bu səhnəsi ilə gündəm oldu - FOTO

Ruhi Əliyevanın filmi bu səhnəsi ilə gündəm oldu - FOTO

Ruhi Əliyevanın təşəbbüsü ilə məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın rol aldığı "Ağır romantik" filmi növbəti dəfə Türkiyə mediasında gündəm olub.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə ekran işində yer alan evlilik təklifi səhnəsi müzakirələrə səbəb olub. Sözügedən səhnədə Tuna həmkarı Türkaya 100 min gül ləçəyi ilə evlilik təklif edib.

"Milliyet.com", "CNN Türk", "Akşam", "Haberglobal", "Haberler", "Posta", "Takvim" kimi Türkiyənin məşhur saytları filmin romantik səhnələrlə yaddaşlara həkk olunacağını iddia edib.

Məlumat üçün bildirək ki, "Ağır romantik" Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində "CinemaPlus" kinoteatrlar şəbəkəsində yayımlanacaq. 

Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. 

 

Qeyd edək ki, "Ağır romantik"də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...