Ronaldinyonun 57 əmlakına həbs qoyuldu, pasportları əlindən alındı

Ronaldinyonun 57 əmlakına həbs qoyuldu, pasportları əlindən alındı

 

 

Braziliya millisinin və "Barselona” klubunun keçmiş üzvü Ronaldinyonun 57 əmlakına həbs qoyulub. Futbolçunun Braziliya və İspaniya pasportları isə ödənilməmiş vergi və cərimələrə görə müsadirə edilib.

Oxu.Az Braziliyanın "Folha de Sao Paulo” qəzetinə istinadən xəbər verir ki, iki dəfə dünyanın ən yaxşı futbolçusu seçilmiş Ronaldinyo Portu Aleqri şəhərindəki evində qanunsuz pirs tikdiyi üçün 9.5 milyon rial (təxminən 4,3 milyon manat) cərimələnib.

Bundan başqa, kreditorlar ondan bələdiyyə vergiləri də daxil olmaqla, digər borclarını ödəməyi tələb edir. Portu Aleqri məhkəməsinin hakimi məxfilik qaydalarına görə, sözügedən qəzetin məlumatını nə təsdiq, nə də təkzib edib.

Ronaldinyonun var-dövlətinin 80-100 milyon funt təşkil etdiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl Braziliya millisinin daha bir sabiq futbolçusu Kafu maliyyə problemləri ilə üzləşmişdi. Onun Braziliyada sahib olduğu mənzillərinə müvafiq orqanlar tərəfindən həbs qoyulub.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...