Rezidenturaya qəbul qaydaları dəyişib - Baş nazirdən QƏRAR

Rezidenturaya qəbul qaydaları dəyişib - Baş nazirdən QƏRAR
 

Nazirlər Kabineti "Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Sfera.az xəbər verir ki, indiyə qədər baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıblar.

Dəyişikliyə əsasən, bundan sonra baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndiriləcək, "məqbul”alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılacaqlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərinqiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılacaqlar.

Bundan əvvəlrezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılıb. İxtisas seçiminə baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılıblar. Dəyişikliyə əsasən, artıq ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar.

Qüvvədə olan Qaydaya görə, Müsabiqə namizədlərin baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladıqları ümumi bal (balların cəmi) əsasında aparılıbsa, artıq müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərinqiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq.

Digər dəyişikliyə əsasən, bundan sonra hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini 10 gün müddətində deyil,Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir.


 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...