Rəsmi Bakıdan Ermənistana çağırış: \"Vəziyyəti gərginləşdirməyin\"

Rəsmi Bakıdan Ermənistana çağırış: \
"Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə edirik”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Anadolu” agentliyinə açıqlamasında deyib.
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi istiqamətində addımlar atır:

"Bu fəaliyyətlər xəritələrdən istifadə edilərək həyata keçirilir. SSRİ-nin dağılmasından sonra iki ölkənin müharibə səbəbindən sərhəd xətti olmayıb. İndi tərəflər arasında anlaşılmazlıqlarla müşayiət olunan qarışıq bir texniki proses var. Ermənistan tərəfinin təxribatçı açıqlamaları ölkədəki seçkiöncəsi vəziyyətlə bağlıdır”.

L.Abdullayeva bildirib ki, erməni siyasi və hərbi dairələri təşvişə düşməməlidirlər: "Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi gerçəklərini qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız şəkildə gərginləşdirməmələrini tövsiyə edirik.

Belə hadisələr hər iki tərəfin hərbi dairələri arasında qarşılıqlı təmaslar yolu ilə həllini tapa bilər və tapmalıdır”.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...