Rəqsanə əsgərin toy xərclərini öz üzərinə götürdü: “Gəlinin zinət əşyalarını da mən alacam”

Rəqsanə əsgərin toy xərclərini öz üzərinə götürdü: “Gəlinin zinət əşyalarını da mən alacam”
Dünən sosial şəbəkələrdə cəbhədə olan əsgərlərimizdən biri dəfələrlə elçi getsə də, sevdiyi qızın ailəsindən müsbət cavab ala bilmədiyini söyləmişdi.

 

Sfera.az xəbər verir ki, bu videoya ilk reaksiya verənlərdən biri də müğənni Rəqsanə İsmayılova olub.

 

O, "Instagram” hesabında bu barədə yazaraq həmin əsgər üçün elçi gedəcəyinə söz verib:


 

"Burdan əsgər qardaşıma söz verirəm ki,sağ-salamat gəl, elçiliyə səninlə birlikdə mən də gedəcəm. Gəlinin bütün zinət əşyalarını da mən alacam. Hətta toyun bütün xərclərini də öz üzərimə götürürəm. Narahat olma, qızı qaçırmağa da ehtiyac qalmayacaq”, - deyə R.İsmayılova bildirib.



 

Jalə Mehdi

Sfera.az

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR