Reperin ayaqqabıları rekord qiymətə satıldı - FOTO

Reperin ayaqqabıları rekord qiymətə satıldı - FOTO
Məşhur amerikalı reper Kanye Uestin ayaqqabıları rekord qiymətə satılıb.
 
Sfera.az bildirir ki, repçinin 2008-ci ildə keçirilən Qremmi mükafatlarında geydiyi və başqa bir nümunəsi olmayan "Nike Air Yeezy” modeli 1,8 milyon dollara alınıb.

Ayaqqabılar "RARES” adlı şirkətə satılıb. 45 nömrə olan və nadir tapılan ayaqqabının qara dəridən hazırlandığı deyilib.

Qeyd edək ki, sonuncu dəfə rekord qiymətə satılan ayaqqabı 2020-ci ildə olub. May ayında məşhur basketbolçu Mikael Cordanın geyindiyi, 1985-ci ildə istehsal edilən ayaqqabı modeli 1,5 milyon dollara satılmışdı.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR