Rəmişin xanımı qəzəbləndi – “Nə istəyirlər bu kişidən?”

Rəmişin xanımı qəzəbləndi – “Nə istəyirlər bu kişidən?”
 

"Adam efirlərə çıxmağa peşman olur vallah. Rəmiş yaşlı adamdır, pilləkanlardan çıxıb halı pisləşib. Asqırırsan da yazırlar, bir az ayağın büdrəyir də yazırlar. Bunlar necə insandırlar, nə millətdirlər , başa düşmürəm".

 

Bunu xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova "Yeni Sabah"a açıqlaması zamanı deyib. O, Rəmişin səhhətindən tez-tez yazanlarla bağlı gileyini gizlətməyib:

 

"İnsandır da.. Rəmişin 75 yaşı var, pilləkan çıxanda bir az təngənəfəs olub. Burda nə var ki? Bilmirlər, nə yazsınlar. Rəmişin sənətindən, camaata xeyirxahlığından danışsınlar. Nə istəyirlər bu kişidən? Nə qədər şux yerimək istəsən də, yaş özünü göstərir. Bu qədər olmaz axı... Rəmişin hazırda ağciyərində oksigen çatmır. Xəstəlik də onunla gedəcək, müalicəsi yoxdur. O yer qalmayıb ki, aparmayaq. Allah Xoşqədəm xanımın canını sağ eləsin, Tolikə ömür versin. Tolik Rəmişin xəstəliyini işıqlandırdı, Xoşqədəm xanımın vasitəsilə də xəstəxanaya yerləşdirdik. 15 gün müalicə aldı. Onlar kimi gözəl insanlarımız var".

 

Qeyd edək ki, Rəmişin xəstə olması barədə ilk dəfə prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil” proqramında məlumat vermişdi. O, ifaçının müalicə xərcinin 10 min manat olduğunu açıqlamışdı.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...