Rejissor Kənan MM jurnalistləri təhdid və təhqir etdi-FOTO

Rejissor Kənan MM jurnalistləri təhdid və təhqir etdi-FOTO

 

Tanınmış şair Salam Sarvanın öz şeirinin Kənan MM-in şeiri ilə müqayisə olunduğu statusun rəy bölməsində adıkeçən rejissor "plaqiat” fikrini dəstəkləyənləri təhqir və təhdid edib. O, şeirinin plagiat olduğunu deyən jurnalistlər Rüfət Əhmədzadə və Sərdar Aminə qarşı nalayiq ifadələrə yol verib, həta jurnalistə "mənə kimsə heç nə deyə bilməz, o adamın ağzını cıraram” deyə hədə-qorxu gəlib. Skrinşotları oxucuların müzakirəsinə təqdim edirik.

Bu barədə Qafqaznews.az-a fikir bildirən jurnalist Rüfət Əhmədzadə bildirib: "Şan-şöhrət və "yaxşı əlaqələr” heç kimə başqalarını təhqir etməyə, qorxutmağa ixtiyar vermir. Mən cənab nazir Ramil Usubova müraciət edirəm ki, mətbuat nümayəndələrinə qarşı hədə-qorxu gələn Kənan Mahmudov (Kənan MM) barəsində təcili ölçü götürülsün. Bu və digər "dəliqanlı”lara yerini göstərmək lazımdır. Adamın 40 yaşı var, amma çılğın yeniyetmələr kimi sosial şəbəkədə ona-buna "xox” gəlir”.

Jurnalist Sərdar Amin isə Qafqaznews.az-a deyib: "Bu adam uzun illərdir Azərbaycan filmindəki, şeirindəki xaosdan istifadə eləyib at oynadır. Filmi, poeziyanı anlayanlar bilir ki, "yazdıqlarında”, "çəkdiklərində” zərrə qədər də sənət yoxdur. Elə əslində buna görə də içindəki enerjini belə məhəlli formada püskürməyi özünə sığışdıra bilir. Nə şairin, nə rejissorun özünə heç vaxt sığışdırmadığı bir yola bu adam özünü rahatlıqla qoya bilir. Bu xarakter hər şeyin göstəricisidir. Əslində mən özümü bu gün yox, bu adamın "şeirləri” seviləndə, "filmləri” baxılanda təhqir olunmuş hesab edirdim. Mən bu adamın filmlərinə baxan bir cəmiyyətə təsir göstərə bilmədiyim zamandan bəri acizəm. Bəli, etiraf eləyirəm, mən bu adamın sevildiyi toplumun məğlub adamıyam. Şəxsimə olunan təhqir bunun yanında heçnədir, heç nə! Mən məsələnin hüquqi tərəfini müvafiq dövlət orqanlarına etibar edirəm. Belə məsələlər bu adamın yazdığı kimi yumruq-təpiklə deyil, dövlət qurumları tərəfindən həll olunur”.

 








OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...