Türkiyədə 36 vilayət üçün təhlükə kodu elan edildi

Türkiyədə 36 vilayət üçün təhlükə kodu elan edildi
Kateqoriya məlum deyil
T

Türkiyənin şimal-qərbində, o cümlədən İstanbulda, Mərmərə dənizi regionunda və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan edilib.

Sfera.az xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsinin məlumatına görə, ölkənin şimal-qərbində yerləşən beş vilayətdə güclü leysan yağışları gözlənilir.

Güclü yağışların daşqınlara, nəqliyyatda fasilələrə və digər təhlükəli hadisələrə səbəb ola biləcəyi bildirilib.

Bundan əlavə, oktyabrın 17-də Türkiyənin 36 vilayətində, o cümlədən Ankara, Mərkəzi Anadolu və Aralıq dənizi bölgələrində sarı təhlükə kodu elan edilib. Həmin ərazilərdə də güclü yağış və küləyin olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, oktyabrın 14-də İstanbulda yağan güclü yağışlar nəticəsində bəzi əraziləri su basıb. Son məlumatlara görə, hadisə nəticəsində dörd nəfər həlak olub, üç nəfər isə itkin düşüb.

Altay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR