Ərdoğan: “Yüksək texnologiyaya investisiya zərurətdir”

Ərdoğan: “Yüksək texnologiyaya investisiya zərurətdir”
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək texnologiyalara investisiyanın ölkə üçün seçim deyil, zərurət olduğunu bildirib. O, yüksək əlavə dəyər yaradan istehsala keçidin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Sfera.az xəbər verir ki, Ərdoğan İstanbulda keçirilən Türkiyə İxracatçılar Məclisinin (TİM) 13-cü İnnovasiya Həftəsi tədbirində çıxış edib.

Prezident 2030-cu ilədək Türkiyədə 100 min texnologiya startapının yaradılmasını və onların ümumi dəyərinin 100 milyard dollara çatmasını hədəflədiklərini deyib. O, həmçinin ötən il 180 ölkə və bölgəyə 10 milyard dollardan çox müdafiə və aviasiya məhsulu ixrac edildiyini bildirib.

Ərdoğan fond bazarı ilə bağlı araşdırmalara da toxunaraq, manipulyasiya yolu ilə haqsız qazanc əldə edənlərin hüquq qarşısında cavab verəcəyini qeyd edib. O, ayrı-ayrı problemlərə görə bütün kapital bazarlarının nüfuzdan salınmasının düzgün olmadığını vurğulayıb.

Fatimə Ələkbər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR