43 təyyarə İstanbula enə bilmıdi

43 təyyarə İstanbula enə bilmıdi
Kateqoriya məlum deyil
T

Türkiyənin İstanbul şəhərində güclü yağış və külək hava nəqliyyatında fasilələrə səbəb olub. İstanbul hava limanına enə bilməyən 43 təyyarə alternativ hava limanlarına yönləndirilib.

Sfera.az “Anadolu”ya istinadən xəbər verir ki, təyyarələrdən 39-u Türkiyənin müxtəlif şəhərlərinə, 4-ü isə Tehrana, Burqasa və Afinaya istiqamətləndirilib.

Daxili reyslərdən 16-sı Ankara Esenboğa, 8-i Sabiha Gökçen, 10-u İzmir Adnan Menderes, 2-si Balıkesir Koca Seyit, 2-si Çanaqqala, 1-i isə Antalya hava limanına yönləndirilib.

Güclü külək səbəbindən Sabiha Gökçen hava limanında da uçuşlarda fasilə yaranıb. Saat 21:42-də dayandırılan əməliyyatlar 22:02-də bərpa olunub. Bu müddətdə üç təyyarə Ankara Esenboğa hava limanına yönləndirilib./modern

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR