İran səfiri Tbilisidə itlərin hücumuna məruz qaldı, ayağı sındı
Kateqoriya məlum deyil
T
İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisidə sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb.
Sfera.az xəbər verir ki, Apsny.ge-nin məlumatına əsasən, səfir itlərdən qorunmağa çalışarkən yıxılıb və ayağı sınıb.
Yerli sakinlər səfirə ilkin tibbi yardım göstərib və təcili tibbi yardım çağırıblar.
Xatırladaq ki, Seyid Əli Mocani 2026-cı ilin yanvarında İranın Gürcüstandakı səfiri vəzifəsinin icrasına başlayıb. O, bundan əvvəl İranın xarici işlər sistemində çalışıb, diplomatik tarix və arxiv məsələləri üzrə fəaliyyət göstərib, həmçinin İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi olub./Trend
Açar sözlər:






