Əraqçinin impiçmenti ilə bağlı layihə qeydə alındı

Əraqçinin impiçmenti ilə bağlı layihə qeydə alındı
Kateqoriya məlum deyil
T

İran parlamentində xarici işlər naziri Abbas Əraqçinin impiçmenti ilə bağlı layihə qeydə alınıb.


Sfera.az xəbər verir ki, İran parlamenti Rəyasət Heyətinin üzvü Məhəmməd Rəşidinin sözlərinə görə, deputatlardan biri Əraqçinin impiçmenti ilə bağlı təşəbbüsü parlamentin qanunvericilik və nəzarət sistemində qeydə aldırıb. Lakin sənəd hələlik parlamentin Rəyasət Heyətinə təqdim edilməyib.


Əraqçi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak etdiyi vaxt vasitəçilər üzərindən ABŞ tərəfi ilə icazəsiz danışıqlar aparmaqda ittiham olunur.


Məsələ ilə bağlı impiçment prosedurunun növbəti mərhələyə keçib-keçməyəcəyi hələ məlum deyil.


Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR